ATƏT: "8 avqust Bəyannaməsi bölgədə dayanıqlı sülhün əsasını qoyur"
"ATƏT Vaşinqtonda imzalanmış 8 avqust Birgə Bəyannaməsini alqışlayır".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında yerəşdirilmiş bəyanatda bildirilir.
"Azərbaycan və Ermənistanı bu inkişaf münasibətilə təbrik edir, ABŞ Prezidenti Donald Trampın prosesin reallaşmasındakı rolunu yüksək qiymətləndiririk", - deyə bəyanatda vurğulanıb.
Qurumdan bildirilib ki, ATƏT hər iki ölkədə dayanıqlı sülh və sabitliyin bərqərar olması istiqamətində bütün səylərə sadiq qalır.
"ATƏT avqustun 8-də qəbul edilmiş Birgə Bəyannamənin icrası ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır", - deyə açıqlamada vurğulanıb.
Oxşar xəbərlər
DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş üç kikboksçunun barəsindək...