Antonio Koşta İlham Əliyevi təbrik etdi: "Əldə etdiyiniz sülh Avropa üçün önəmli andır"
Avropa İttifaqı Şurasının liderləri avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına görə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik ediblər.
Bu barədə "Haber Global" telekanalının Prezident İlham Əliyevin Kopenhagendə Avropa İttifaqı Şurasının sammitində iştirakına həsr olunmuş süjetdə bəhs edilir.
Bildirilir ki, Prezident İlham Əliyevin sammit çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşü olub.
Azərbaycan Prezidentini təbrik edənlər arasında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta da olub.
"Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı təbrik etmək istəyirəm. Əldə etdiyiniz sülh Avropa üçün önəmli andır" , - deyə o vurğulayıb.
Koşta Azərbaycan Prezidenti ilə keçirilən görüşün çox məhsuldar keçdiyinə diqqət çəkib.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa və Nigeriyanın D...