Aİ-nin Ermənistandakı Müşahidə Missiyası Qubadlı və Laçınla sərhəddə növbəti dəfə müşahidə aparıb
Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Aİ müşahidəçilər martın 28-də növbəti dəfə Qubadlı və Laçın rayonları ilə həmsərhəd əraziyə gəlib, binoklla müşahidə aparıblar.
Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb.
Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır.
Bu barədə mətbuatda məlumatlar və görüntülər yayılır.
Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı 19 fevral 2027-ci ilədək uzadılıb.
Qalereya
Oxşar xəbərlər
"Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
Türkiyənin "Haber Global" telekanalı Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başlatdığı lokal antiterror əməliyyatı barədə süjet yayımlayıb. BA...