SİZİN REKLAM BURADA!
055 213 76 73


Düşmən ordusu Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, ötən gecə Naftalan rayonunun Qaşaltı kəndi düşmən təxribatına məruz qalıb.

Ağır artilleriya silahlarının mərmiləri kənd sakinləri Səmayə Babayeva və Füzuli Bədəlova məxsus evlərə düşüb. Səmayə Babayevanın evi yanaraq tam yararsız hala düşüb. Digər evin isə bir hissəsi dağılıb.

Qeyd edək ki, ermənilərin hərbi təxribatlarının başladığı sentyabrın 27-dən indiyədək Qaşaltı kəndində 3 ev mərmi düşməsi nəticəsində dağılıb.

BAKU.WS
QALEREYA