SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Facebook” səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib.

BAKU.WS xəbər verir ki, paylaşımda qeyd edilib ki neftçi peşəsi hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir, onların əməyi əsl qəhrəmanlıqdır.

Bildirilib ki, ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu var: “Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik.

Təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir. Biz nə qədər güclü, qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaq”.

BAKU.WS