Yaralanan əsgərlər: “Döyüş yoldaşlarımızın yanına qayıtmaq istəyirik” - VİDEO

15
iyl
2020
11:15
Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu hissəsində baş verən düşmən təxribatı nəticəsində şəhid olanlarla yanaşı yaralananlar da var.
BAKU.WS xəbər verir ki, “Real” TV yaralı hərbçilərimizin vəziyyəti ilə maraqlanmaq üçün onların müalicə olunduğu hospitala baş çəkib.
Tibb Baş İdarənin rəisi Elxan İbrahimov, Tibb Xidməti Polkovniki, Hospitalın aparıcı cərrahı Roman Çobanov hərbçilərimizin vəziyyəti barədə məlumat veriblər.
Hərbçilərimiz isə düşmən təxribatının onların əzmini qıra bilməyəcəyini, tezliklə səngər yoldaşlarının yanına qayıtmaq istədiklərini qeyd ediblər.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...