Çingiz Qənizadənin oğlu Nərimanov prokurorunun müavini təyin edilib

Çingiz Qənizadənin oğlu Nərimanov prokurorunun müavini təyin edilib
Siyasət 434

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Elgiz Qənizadə Nərimanov rayon prokurunun müavini, Vüqar Hüseynov Suraxanı rayon prokurorunun müavini və Kənan Əliyev Nəsimi rayon prokurorunun müavini vəzifələrinə təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən yeni təyinatları təsdiqləyiblər.

Qeyd edək ki, Nərimanov rayon prokurorunun müavini təyin edilmiş E.Qənizadə sabiq millət vəkili Çingiz Qənizadənin oğludur.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)

İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...

48249 Siyasət 16:46 16 mart 2019

Son xəbərlər