055 213 76 73
Prezident İlham Əliyev Vaqif Şadlinskinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
BAKU.WS "AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamla Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə görə Vaqif Bilas oğlu Şadlinski “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, yanvarın 24-də Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, professor, Azərbaycan Tibb Universiteninin İnsan anatomiyası kafedrasının müdiri Vaqif Şadlinskinin 80 yaşı tamam olur.
BAKU.WS