SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Baş Naziri Əli Əsədov Ukraynanın baş naziri Oleksiy Qonçaruka başsağlığı məktubu göndərib.

Nazirlər Kabinetindən BAKU.WS-ə verilən məlumata görə, məktubda deyilir:

“Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Ə.Əsədov həmçinin İran İslam Respublikası prezidentinin birinci müavini İshaq Cahangiriyə başsağlığı məktubu göndərib: “Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”

BAKU.WS