SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonuna qədər Tbilisidə keçiriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, 8-ci üçtərəfli görüşün dəqiq tarixinin müəyyənləşdirilməsi üçün hazırda tərəflər arasında informasiya mübadiləsi həyata keçirilir.

“Görüş dekabr ayının sonuna qədər mütləq keçiriləcək”, - XİN-dən vurğulanıb.

Qeyd edək ki, ötən gün Gürcüstanın xarici işlər naziri David Zalkaliani XİN başçılarının üçtərəfli görüşünün planlaşdırıldığını deyib.

Üçtərəfli görüş Tbilisidə bu ilin oktyabrın 16-da keçirilməli idi. Lakin Türkiyə tərəfinin müraciəti əsasında görüş təxirə salınıb.

Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son yeddinci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbulda keçirilib.

Üçtərəfli formatda ilk görüşə 2012-ci ildə Türkiyənin Trabzon şəhəri ev sahibliyi edib.

BAKU.WS