VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb.

BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.
Onun sözlərinə görə, hazırda səfərin yeni tarixinin müəyyənləşdirilməsi üzrə işlər aparılır.

Eyni zamanda, səfir bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü əvvəlcədən məlumat verildiyi kimi, sentyabrın 5-6-da keçiriləcək.

Qeyd edək ki, R.T.Ərdoğanın Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında iştirak etmək üçün Azərbaycana sentybarın 10-11-də gələcəyi planlaşdırılırdı.

BAKU.WS