SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükədir".

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Bakıda işgüzar səfərdə olan Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşdə deyib.

N.Sadıkov münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Rusiya - Azıərbaycan əlaqələrinə toxunan Nəcməddin Sadıqov, ölkəmizin Rusiyanın müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. 

Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq planının imzalandığını vurğulayan general-polkovnik N.Sadıkov hərbi sahənin müxtəlif istiqamətlərini əhatə edən tədbirlərin sayının artdığını qeyd edib.

Ordu generalı V.Gerasimov da əlaqələrimizin tarixi köklərə əsaslandığını, ölkələrimizin strateji tərəfdaş olduğunu qeyd edərək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini qeyd edib.

Sonra tərəflər hərbi, hərbi-texniki əməkdaşlığın mövcud vəziyyəti və hərbi təhsil sahəsində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, həmçnin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıblar.


BAKU.WS