VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü zamanı Azərbaycan hakimiyyətinin öz ölkələrində rus dilinin populyarlaşmasına verdiyi böyük əhəmiyyətə də diqqət çəkib.

“Dediklərinizə biganə qala bilmərəm, xüsusilə də bu, humanitar əlaqələrimizə və Azərbaycanda rus dilinə münasibətinizə aiddir”.

Rusiya Prezidentinin sözlərinə görə, Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında rus mədəniyyətinə və rus dilinə münasibətə ən yüksək səviyyədə dəstək verənlərdəndir.

Bununla əlaqədar olaraq Putin Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentinin yüksək şəxsi rolunu qeyd edib:

“Biz bunu çox yüksək qiymətləndiririk. Çünki bu, sözün əsl mənasında iqtisadiyyat və humanitar münasibətlər də daxil olmaqla bütün digər sahələrdə əlaqələri inkişaf etdirməyə imkan verən bazadır. Buna görə çox minnətdarıq və öz tərəfimizdən ortaq irsimizə istiqamətlənmiş tendensiyanı dəstəkləmək üçün hər şeyi edəcəyik. Bu, insanların heç bir maneə olmadan bir-biri ilə ünsiyyət qurmasına, həm şəxsiyyətlərarası, həm də dövlət səviyyəsində münasibətləri inkişaf etdirməsinə imkan verir.”

Öz növbəsində Mehriban Əliyeva qeyd edib ki, gələcəkdə Azərbaycan hakimiyyəti bu sahəyə daha da böyük diqqət göstərməlidir:

“Yeni nəsil böyüməkdədir. Bizim nəslin ortaq kökləri, ortaq tarixi var. Gənc nəsil böyüyür və bu əlaqələr, xüsusən insanlar arasında bu gün mövcud olan humanitar sahədəki münasibətlər gənc nəsil tərəfindən qorunmalı və möhkəmlənməlidir”.//oxu.az

BAKU.WS
QALEREYA