SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Bakıda Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir.

BAKU.WS xəbər verir ki, görüş zamanı Bakı sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.

Hazırlıq görüşünə sədrliyi Elmar Məmmədyarov edir. Görüşün gündəliyi qəbul edilib.

Görüşdə E.Məmmədyarov bildirib ki, sədrliyi dövründə Azərbaycan qurumun dəstəklədiyi prinsipləri təbliğ edəcək.

Xatırladaq ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.
BAKU.WS