SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransa Respublikasının ölkəmizdəki səfirliyinə gələrək, Fransanın sabiq Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər.

BAKU.WS xəbər verir ki, İlham Əliyev və Mehriban Əliyeva matəm kitabına ürək sözlərini yazıblar.

Prezident Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosla söhbətində bildirib ki, Şirak Azərbaycanın yaxın dostu olub:

“Biz onu mənim atamla şəxsi dostluğu başlayan dövrdən tanıyırıq və onların birgə səyləri nəticəsində ölkələrimiz arasında çox yaxın tərəfdaşlıq münasibətləri qurulmuşdur. Biz onunla görüşlərimizi xatırlayırıq. Bildiyiniz kimi, mən ilk dəfə Prezident seçiləndə, xaricə etdiyim ilk rəsmi səfər Fransaya olmuşdur. O vaxt Prezident Şirak məni rəsmi səfərə dəvət edən ilk xarici dövlət başçısı olmuşdur və bu, bizim əməkdaşlığın çox yaxşı göstəricisi idi. O vaxtdan bəri ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir. Bu yaxınlarda sizinlə də görüşdə mən ölkənizin prezidentləri ilə görüşlərdən xatirələrimi bölüşdüm. Bir daha bizim başsağlığımızı qəbul etməyinizi xahiş edirəm”.
BAKU.WS
QALEREYA