SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya prezidenti Vladimir Putin Qətər əmiri Tamim ben Hamad Əl Taniyə şahin hədiyyə edib.
 
BAKU.WS-in məlumatına görə, bu barədə Qətərin Al Dawri telekanalı bildirib. Televiziyanın yaydığı məlumata görə, Rusiya prezidenti Qətən əmirinə yırtıcı quşu onun Moskvaya səfəri zamanı təqdim edib. 

Rusiya lideriylə görüş çərçivəsində şeyx Tamim ben Hamad Əl Taniyə vurğulayıb ki, iki ölkə arasında münasibətləri inkişaf etdirmək istəyir. Əmirin sözlərinə görə, Qətər Yaxın Şərqdə bəzi ölkələrin sabitliyi ilə bağlı olan problemlərin həllərini axtarmaq niyyətindədir.

"Əlbəttə, biz Rusiya ilə Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə edəcəyik. Hazırki vəziyyətdən bizim regionumuz əziyyət çəkir. Dünyada sabitliyin bərqərar edilməsi məsələsində Rusiyanın rolu əsasdır. Biz Rusiyayla münasibətləri inkişaf etdirməyi və problemlərin həllini tapmağı çox istəyirik", — deyə Qətərin əmiri bildirib. 
 
Şahin Həbibov
BAKU.WS