VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulosu Müstəqillik Günü münasibətilə təbrik edib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

BAKU.WS