SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Prezidenti İlham Əliyev Vüqar Zeynalovu Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə yeni başçısı təyin edib.

BAKU.WS Səbail Rayon İcra Hakimiyyətinə yeni başçının təyin edilən Vüqar Zeynalov haqqında məlumatı oxuculara təqdim edir:

Qeyd edək ki, V.Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur.

1998-2002-ci ilə qədər özəl şirkətdə hüquqşünas vəzifəsində çalışıb.

2002-ci il avqustun 20-dən 2004-cü il aprelin 8-dək Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində baş mütəxəssis vəzifəsində işləyib. 2004-cü il aprelin 9-dan 2009-cu il sentyabrın 30-dək Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya" kitab mərkəzində direktor vəzifəsində çalışıb.

V.Zeynalov 2009-cu il oktyabrın 1-dən dekabrın 1-dək Azərbaycan Dövlət İncəsənət Muzeyində Muzey işində innovasiyaların tədbiqi şöbəsinin müdiri olub. 2009-cu il dekabrın 2-dən 2010-cu il iyunun 7-dək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktor müavini olub.

2010-ci il noyabrın 24-dən 2012-ci il dekabrın 28-dək Azərbaycan Diplomatiya Akademiyasının ADA kitab mərkəzində direktor vəzifəsində çalışıb.

2012-ci il dekabrın 29-dən isə Nizami Kino Mərkəzinin direktoru vəzifəsində çalışır.

BAKU.WS