SİZİN REKLAM BURADA!
055 213 76 73



Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

BAKU.WS-in məlumatına görə, dəyişikliyə əsasən “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 10.7-2-ci bənd əlavə edilir:

“10.7-2. xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edir;”.

Dövlət başçısının digər fərmanı ilə “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”də dəyişiklik edilib.

Dəyişikliyə əsasən “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 14.20-1-ci bənd əlavə edilir:

“14.20-1. xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edir;”.

BAKU.WS