SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb. 

"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. 
Sənədə əsasən, əsasnaməyə aşağıdakı yarımbənd əlavə edilib. 

"3.0.48-1. "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada antidempinq, kompensasiya və mühafizə tədbirləri üzrə araşdırmanın həyata keçirilməsini nazirliyin strukturuna daxil olan qurum vasitəsilə təmin etmək”.
 
BAKU.WS