SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub.


Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən "APA-Economics"ə bildirilib ki, Elxan Mikayılov Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri təyin olunub. Bununla bağlı sədr Qoşqar Təhməzli əmr imzalayıb.

E.Mikayılov bundan öncə Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının İqtisadi islahatların təhlili və planlaşdırılması sektorunun müdiri vəzifəsində çalışıb. Daha əvvəl isə bir sıra beynəlxalq layihələrdə, eləcə də İsveçərinin İqtisadi Məsələlər üzrə Dövlət Katibiliyində (SECO), İqtisadi Məsələlər üzrə Milli Proqram rəhbəri olub.

BAKU.WS