SİZİN REKLAM BURADA!
055 213 76 73



Suriyada son bir həftədə 300 Rusiya əsgəri öldürülüb.

BAKU.WS-in məlumatına görə, bu barədə dünyanın nüfuzlu Reuters informasiya agentliyi xəbər yayıb.

Reuters-in etibarlı mənbələrinə istinadən yaydığı məlumata görə, ABŞ-ın döyüş təyyarələrinin ötən həftə Suriyada bombardmanı nəticəsində 300 rus əsgəri ölüb, xeyli yaralı var.

5 fərqli mənbədən alınan məlumata görə, öldürülən əsgərlərin meyitinin çoxu Rusiyaya aparılıb.

Yaralıların çoxu isə Suriyada xəstəxanalara yerləşdirilib. Bəzi məlumatlara görə, 50 rus əsgəri yaralanıb.

BAKU.WS