SİZİN REKLAM BURADA!
055 213 76 73



“Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu və razılaşdırılmış formatlar çərçivəsində həll oluna bilər”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti S.Sarkisyan Tbilisidə gürcüstanlı həmkarı Giorgi Marqvelaşvili ilə keçirdiyi birgə brifinqdə deyib.

S.Sarkisyan bildirib ki, Gürcüstan prezidenti ilə görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri də müzakirə olunub.

G.Marqvelaşvili öz növbəsində deyib ki, regionda bütün çətin məsələlər beynəlxalq hüquq çərçivəsində və danışıqlar yolu ilə həll olunmalıdır.

BAKU.WS