SİZİN REKLAM BURADA!
055 213 76 73




Azərbaycan prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS-in məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşları Kərimova Elnurə Camal qızı və Tağıyeva Leyla Əliyevna Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə təltif edilib.

Prezidentin digər sərəncamı ilə Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşları Hüseynova Elmira Bahadur qızı, Əsədova Nailə Əsəd qızı və İsmayılov Zakir Xeyrulla oğluna “Əməkdar müəllim” fəxri adı verilib.

BAKU.WS