SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistanın silahlı qüvvələri "Smerç” reaktiv sistemlərinin tətbiqi ilə təlimlər keçirib.

BAKU.WS virtualaz.org saytına istinadən xəbər verir ki, təlimlərin ssenarisi üzrə Ermənistan silahlı qüvvələri həyəcan siqnalı ilə təyin edilmiş yerə çıxıb, "Smerç” kompleksini atəş açılacaq yerdə yerləşdirib və sonra hədəfə-şərti rəqibə zərbələr endirib.

“Smerç” reaktiv yaylım atəşləri sistemi uzaq məsafələrdən praktiki olaraq istənilən hədəfi– rəqibin canlı qüvvəsini, hərbi texnikasını, nəzarət məntəqələrini və rabitə vasitələrini vurmaq üçün nəzərdə tutulub.

Xatırladaq ki, Rusiyanın Ermənistana 200 milyon dollar güzəştli kredit hesabına verdiyi yeni silahlardan “Smerç” reaktiv yaylım atəşi kompleksi ilk dəfə 21 sentyabr 2016-cı ildə Ermənistanın müstəqilliyinin 25-illiyi münasibəti ilə Yerevanda hərbi paradda nümayiş etdirilib.

BAKU.WS