SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Hərbi döyüş təlimi ilə əlaqədar olaraq Ermənistan Cənub hərbi dairəsində yerləşən Rusiya hərbi bölmələri həyəcan siqnalı ilə ayağa qaldırılıb və yüksək dağ poliqonları olan "Kaxmud” və "Alagöz” a doğru hərəkət etdirilib.
 
BAKU.WS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərdə bildirlir ki, əməliyyatların həyata kecirildiyi qarla örtülü, zəhərli maddələr tökülmüş, iri qayalar olan ərazilərdə xüsusi şərti diversiya-kəşfiyyat qruplarının hərəkət etməsi ücün moto atıcılar, tank, kəşfiyyat, artilleriya və zenit bölmələri mürəkkəb taktiki vəziyyətdə artilleriya hücumlarını dəf etmək ücün müvafiq manevrlər həyata keçiriblər. Təlim zamanı Rusiyanın Erebuni adlı avibazası BUK M1-2, C-300V raket kompleksləri, MiQ–29 qırıcıları və Mi-8MT, Mİ-24P helikopterlərindən istifadə edilib.
  
Hərbi mühəndislər möhkəmləndirmə işləri apararaq minadan mühafizə səddi yaradıblar. Rabitəçilər isə mobil rabitə mərkəzləri vasitəsilə komanda-qərargahla hərbi texnika arasında əlaqə kanallarını yeniləyiblər.

BAKU.WS