SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Prezident İlham Əliyevin sərəncamı ilə Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin edilib.
 
BAKU.WS Oxu.Az-a istinadən yeni təyin olunan xüsusi nümayəndənin dosyesini təqdim edir:
 
Bəşir Hacıyev 1979-cu ildə anadan olub.
 
O, 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub.
 
O, 2010-cu ildə Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin üzvü olub.
 
Qeyd edək ki, Bəşir Hacıyev bu vəzifəyə qədər Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin nümayəndəliyinin baş məsləhətçisi və müavini olub.
BAKU.WS