SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın "Anti-armenia Team" hakerlər qrupu ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın rəsmi "Facebook" səhifəsini sındırıb.
 
BAKU.WS xəbər verir ki, bu barədə qrupun rəsmi Facebook səhifəsində məlumat verilib. Qrup üzvləri Ohanyanın adından səhifədə müraciət də ünvanlayıblar. Belə ki, S.Ohanyan Ermənistan hakimiyyətini Azərbaycan əsgərinin cəsədini təcili qaytarmağa çağırıb.
 
Qeyd edək ki, ötən ilin 29 dekabrında Azərbaycanla sərhəddə erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən əsgər Çingiz Qurbanov şəhid olub. Ermənistan tərəfi bütün beynəlxalq hüquqa zidd olaraq əsgərimizin cəsədini qaytarmaqdan imtina edir.

Aynur Ələkbərova 
BAKU.WS