SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Türkiyə ilə birlikdə işğaldan azad edilmiş ərazilərdəki 5 kiçik su elektrik stansiyasını (KSES) bərpa etməyi planlaşdırır”.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən, ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, nazirliyə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC qardaş ölkədən olan şirkətlərlə danışıqlar aparır və bu il 5 KSES-in bərpası layihəsi hazırlanıb:

“Bərpa işləri özəl investisiyalar hesabına həyata keçiriləcək”.

BAKU.WS