SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) növbədənkənar VI qurultayında sədr seçilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Səttar Möhbalıyev qurumun yenidən sədri seçilib.

Təklif səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VI qurultayı keçirilir.

Tədbirdə 5 məsələ müzakirə olunacaq.

Qurultayın gündəliyindəki məsələlərdən biri də Azərbaycan lideri İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsidir.

Tədbirdə 2 194 nümayəndə iştirak edir.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də ölkədə növbədənkənar Prezident seçkiləri keçiriləcək.

BAKU.WS