Azərbaycan XİN Nepala başsağlığı verib

04
noy
2023
14:06
Azərbaycan Xarici İşlər Nazirliyi Nepala başsağlığı verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə qurumun "X" hesabında paylaşım edilib.
"Nepalda onlarla insanın öldüyü və yaralandığı güclü zəlzələ xəbəri bizi dərindən kədərləndirdi.
Həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik. Bu çətin günlərdə Nepal xalqı və hökuməti ilə həmrəyik", - başsağlığında bildirilib.
Qeyd edək ki, ötən gecə Nepalda 6 maqnitudalı zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində 128 nəfər həlak olub, mindən çox insan yaralanıb.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
