SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə üçüncü dəfə raket zərbələri endirməsinin ildönümüdür.

BAKU.WS xəbər verir ki, 3 il öncə - 8 oktyabr 2020-ci il tarixində Ermənistan müharibədə yaşadığı uğursuzluqların acığını çıxmaq üçün cəbhəyanı olmayan Gəncənin dinc əhalisini raket atəşinə məruz qoyub. Üçüncü belə hadisə zamanı ölən və yaralananlar olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Qeyd edək ki, Ermənistan Gəncəni birinci dəfə 2020-ci il oktyabrın 4-də, ikinci dəfə isə oktyabrın 5-də raketlərlə atəşə tutub.

BAKU.WS