Həmid Həmidov: “Ermənistanın son dövrlərdəki siyasəti antiterror tədbirlərini qaçılmaz edib” - VİDEO

“Bilmirəm rəsmi İrəvan nəyə ümid edirdi, amma Ermənistanın son zamanlardakı siyasəti antiterror tədbirlərini qaçılmaz edib”.
Bunu “Global Media Group”un media direktoru, tanınmış jurnalist Həmid Həmidov CBC TV-nin efirində bildirib.
“Ordumuzun hazırda keçirdiyi lokal xarakterli antiterror tədbirləri tamamilə ədalətlidir. Bu tədbirlər bölgədə separatçılığa son qoymaq üçün başladılıb. Əminəm ki, qeyd olunan hədəfə nail olunacaq və separatçılığın kökü kəsiləcək”, - deyə tanınmış jurnalist bəyan edib.
H.Həmidov vurğulayıb ki, hazırda ordumuzun Qarabağda həyata keçirdiyi tədbirlər bölgədəki dinc əhaliyə qarşı yönəlməyib.
Daha ətraflı CBC TV-nin videomaterialında:
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...
