SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Türkmənistan Baş prokurorunun müavini Allanazar Nyazlıevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

BAKU.WS xəbər verir ki, Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüşdə qonağı səmimi salamlayan K.Əliyev Türkmənistanın Azərbaycan üçün yaxın dost ölkə olduğunu qeyd edərək ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkşaf etdiyini vurğulayıb.

Baş prokuror hər iki ölkənin beynəlxalq və regional təşkilatlar, xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq etdiyini və möhkəm qarşılıqlı əlaqələr qurduğunu diqqətə çatdırıb.

A.Nyazlıyev qonaqpərvərliyə, səmimi qəbula görə təşəkkürünü bildirərək ölkəsinin prokurorluq orqanlarının Azərbaycanın prokurorluq orqanları ilə əməkdaşlığa daim önəm verdiyini, bu əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Görüşdə Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov və Türkmənistan səfiri Qurbanməmmet Elyasov da iştirak edib.

BAKU.WS