SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyəyə rəsmi səfərə gedib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin "X" hesabında paylaşım edilib.

K.Vəliyevi paytaxt Ankaranın Esenboğa hava limanında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

BAKU.WS