SİZİN REKLAM BURADA!
055 213 76 73


Moldova Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma prezident seçkisi ilə bağlı bəyanat verib.

Bəyanat nazirliyin rəsmi səhifəsində dərc olunub.

“Moldova Respublikası sentyabrın 9-da Qarabağ bölgəsində keçirilən qondarma prezident seçkisinin beynəlxalq hüququn norma və fundamental prinsiplərinə zidd olduğunu hesab edir və seçkini tanımır.

Avropa və Moldova Respublikasının Xarici İşlər və İnteqrasiya Nazirliyi Moldova Respublikasının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiq edir”, - deyə bəyanatda bildirilib.

BAKU.WS