Ukrayna XİN Qarabağda keçirilmiş qondarma "prezident seçkisi" ilə bağlı bəyanat yaydı

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ ərazisində keçirilmiş qondarma “prezident seçkisi"nin tanınmaması ilə bağlı bəyanat yayıb.
Bəyanat nazirliyin rəsmi səhifəsində dərc olunub.
"Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 9-da Qarabağ (Azərbaycan Respublikası) ərazisində qondarma "prezident seçkisi"nin keçirilməsini pisləyir.
"Bu cür qondarma "prezident seçkisi"nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, bu seçkilərin nəticələri isə əhəmiyyətsizdir.
Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edir və Qarabağ münaqişəsinin siyasi və diplomatik yollarla həlli mövqeyindən çıxış edir", - deyə bəyanatda bildirilib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...
