SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Fransanın “L'Opinion” qəzetində Laçın yolu ətrafındakı vəziyyətə həsr olunmuş məqaləsində müəllif Jan-Dominik Merşe Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovdan sitat gətirib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Azərbaycanlı diplomat bildirib ki, Ermənistan rəhbərliyi danışıqlar prosesini süni surətdə ləngidir və qabaqcadan üzərinə götürdüyü öhdəliklərin icrasından bilərəkdən yayınır.

“Erməni tərəfinin məqsədi mümkün qədər vaxt udmaq və yerdəki mövcud status-kvonu möhkəmləndirməkdir”, - Əmirbəyov vurğulayıb.

Merşe yazır ki, erməni separatçıları Azərbaycan hakimiyyətinin Qarabağın erməni yaşayış məntəqələrinə göndərdiyi un karvanını bölgəyə buraxmamaq üçün bu həftə Ağdamdan keçən yolu bağlayıblar. Onlar öz davranışlarını Azərbaycanın bu ərazilər üzərində suverenliyini tanımaq istəməmələri ilə izah edirlər.

Bakı da öz növbəsində bu humanitar məsələnin siyasiləşdirilməsini yolverilməz hesab edir, erməni əhalisini ərzaq və digər zəruri mallarla təmin etmək üçün müxtəlif marşrutlar üzrə hər hansı ayrı-seçkiliyi rədd edərək Ağdam yolunun açılmasından sonra Laçın yolunun da tam istifadəsini təmin etməyə hazır olduğunu bəyan edib.

“Sülh sazişi üzrə danışıqlarda konkret irəliləyiş olmadığı halda hərbi qarşıdurma riski artır”, - deyə Elçin Əmirbəyov yekunlaşdırıb.

BAKU.WS