SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti, xarici investorlar, o cümlədən Tatarıstan sahibkarları üçün geniş perspektiv vəd edir”.

“Report” xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov tatarların milli bayramı “Sabantuy 2023” tədbirində deyib.

Nazir bildirib ki, işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpasında Rusiya şirkətləri də fəal iştirak edir:

“Azərbaycan Prezidenti İlham Əliyev və Tatarıstanın Rəisi Rüstəm Minnixanovun iştirakı ilə“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışı da tərəfdaşlığımızın göstəricilərindəndir”.

BAKU.WS