SİZİN REKLAM BURADA!
055 213 76 73


“Biz Azərbaycanın Kiyev vilayətində infrastruktur obyektlərinin bərpasında iştirakını yüksək qiymətləndiririk”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Moldovada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə həsr olunmuş paylaşımında yazıb.

“Ölkəmizin gələcək yenidənqurmasında yardıma ümid edirik. Müharibədən sonrakı dövrdə biz Azərbaycanın Ukraynadakı investisiya layihələrində fəal iştirakını gözləyirik. Biz Ukrayna sülh formulu əsasında sabit və ədalətli sülhə nail olmaq üçün Ukraynanın təşəbbüslərini dəstəkləməkdə Azərbaycanın fəal iştirakına inanırıq”, - Zelenski qeyd edib.

BAKU.WS