SİZİN REKLAM BURADA!
055 213 76 73


“Biz bir çox hallarda paralel kursla hərəkət edirik və Orta Dəhliz vasitəsilə artıq bütün infrastrukturları tam birləşdiririk”.

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda Beynəlxalq Maliyyə Mərkəzində bu ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşdə deyib.

Orta Dəhlizlə bağlı müzakirələrin aparıldığını qeyd edən dövlət başçısı bildirib ki, bu dəhliz təkcə tranzit imkanlarının genişləndirilməsi baxımından deyil, müxtəlif sahələrdə biznesin inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti Qazaxıstan ilə birgə istehsalatların yaradılması və investisiya layihələrinin reallaşdırılması üçün nümayəndə heyətlərinin səfərlərinin önəmini qeyd edib.

BAKU.WS