SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bu gün Azərbaycanın iqtidar partiyasının nümayəndələri ölkəmizə səfər etdi, zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verdilər”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycana təşəkkür edib: “Türkiyəyə zəlzələyə görə ilk axtarış-xilasetmə qrupu göndərən və ən gec ölkəmizdən ayrılan Azərbaycan tərəfi oldu. Əlbəttə, onların ürəyimizdəki yeri fərqlidir”.

BAKU.WS