SİZİN REKLAM BURADA!
055 213 76 73


Kahramanmaraş valisi Ömər Faruk Coşkun Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə Kahramanmaraş şəhərində görüşüb.

Report-un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, görüşdə vali Kahramanmaraşda görülən işlər barədə ətraflı məlumat verib.

Ö.F.Coşkun qeyd edib ki, Kahramanmaraşda axtarış-xilasetmə işləri başa çatıb. O, göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.

Daha sonra çıxış edən E.Mirzəyev bildirib ki, Azərbaycan həmişə olduğu kimi, yenə də Türkiyəyə dəstək olmaqda davam edəcək:

“Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin xilasedicələri Türkiyəyə dəstək üçün gəlib. Biz sonuna qədər qardaş ölkənin yanındayıq. Keçmiş olsun. Allah ölənlərə rəhmət eləsin, yaralılara acil şəfa diləyirəm”.

BAKU.WS
QALEREYA