SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Tacikistanın Xarici İşlər Nazirliyinə başsağlığı verib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Azərbaycanın xarici siyasət idarəsi tvitter hesabında paylaşım edib.

“Tacikistanın Bədəxşan vilayətində qar uçqunu nəticəsində insan tələfatı və dağıntılara görə dərin hüznlə başsağlığımızı bildiririk.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, - paylaşımda qeyd olunur.

Xatırladaq ki, fevralın 15-də Tacikistanın şərqində baş verən qar uçqunu nəticəsində 15 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Təbii hadisə nəticəsində 4 yaşayış binası tamamilə, 35-i isə qismən dağılıb, daha 5 təsərrüfat obyektinə ziyan dəyib.

Hazırda dəymiş zərərin məbləği hesablanır.

Uçqun təhlükəsi fevralın 19-dək davam edəcək.

BAKU.WS