AMEA-nın mətbuat katibi vəzifəsindən azad olunub

01
okt
2022
13:50
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva vəzifəsindən azad edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, A.Balayeva bundan sonra fəaliyyətini AMEA-nın institutlarından birində davam etdirəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın yeni strukturu təsdiqlənib və işçilərin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Yeni strukturda akademiyanın 22 elmi müəssisəsi fəaliyyət göstərəcək.
Xatırladaq ki, A.Balayeva AMEA-nın mətbuat katibi vəzifəsinə bu ilin fevral ayında təyin edilmişdi.
Oxşar xəbərlər
Misir Mərdanov: "Ramiz Mehdiyev getməlidir"! - Sabiq nazir də dilə gəldi!
AMEA prezidenti Ramiz Mehdiyevin elmi ictimaiyyətə, tanınmış elm xadimlərinə müqavimət göstərərək tutduğu postdan istefa verməməsi ona qarşı olanların səfini bi...
