SİZİN REKLAM BURADA!
055 213 76 73


Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Ceyhun Bayramov özünün tviter hesabında yazıb. 

"Qardaş Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşməkdən çox məmnunam. Əminəm ki, ölkələrimiz arasında strateji əlaqələr və əməkdaşlıq bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir. Sarsılmaz və güclü dəstəyə görə təşəkkür edirik!"

Ceyhun Bayramov Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ilə də görüşüb.

"Sinqapurun Xarici İşlər Naziri  Vivian Balakrişnan ilə görüşməkdən məmnunam. Biz regional məsələləri, Azərbaycan və Sinqapur arasında ikitərəfli tərəfdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etdik".

BAKU.WS