Nazir yeni direktor təyin etdi - FOTO

11
avq
2022
14:18
Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyinat olub.
BAKU.WS "apa"ya istinadən xəbər verir ki, mədəniyyət nazirinin müvafiq əmri ilə Rəşad Rauf oğlu Yusifov Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin edilib.
Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Rəşad Yusifovu kollektivə təqdim ediblər.
Rəşad Yusifov təyinata görə təşəkkürünü bildirib, ona göstərilən etimadı doğruldacağına söz verib.

Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
