Azərbaycan və Əlcəzair arasında iki sənəd imzalanıb

10
avq
2022
12:45
Azərbaycan və Əlcəzair Xarici İşlər Nazirliyi arasında iki sənəd imzalanıb.
BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranla birlikdə keçirdiyi brifinqdə deyib.
“Bu gün iki sənəd imzalanıb. Biri iki ölkə arasında diplomatik və xidməti pasportların vizadan azad olunması haqqında, digəri isə iki nazirlik arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair sənəd olub”, - XİN başçısı vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...
