SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə bir sıra radio və televiziyaların yayım hüququ ləğv edilib.

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, hərbi çevrilişə cəhddən sonra bir sıra kanal və radionun yayım hüququ ilə bağlı qərar qəbul edilib. 

Dövlət çevrilişinə cəhd göstərən Fətullahçı Terror Təşkilatı ilə (FETÖ) əlaqəsi olan və bu olaylara dəstək göstərən bütün radio və televiziya qurumlarının bütün yayım hüquq və lisenziyaları yekdilliklə ləğv edib.

RTÜK bağlanan telekanalların adlarını açıqlayıb:

"STV,  Samanyolu Haber, Samanyolu Haber Radyo, Can Erzincan TV, Kanal  124, Yumurcak TV, Hira TV, MC TV, Dünya TV, Kanal Türk, Bugün TV, Mehtap TV,  Berfin FM, Kanal Türk Radyo, Burç FM, Samanyolu Haber Radyosu, Radyo Mehtap,  Haber Radyo Ege, Dünya Radyo, Radyo Küre, Merkür TV, Esra Radyo, Tuna Shoping TV, Samanyolu Haber Radyo Anadolu."
 
BAKU.WS