055 213 76 73
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki son döyüşləri bəhanə edən ermənilər Gücüstanla Türkiyə arasındakı Çıldır-Aktaş sərhəd keçid məntəqəsində Türk TIR-larına hücum ediblər.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Axalkləkdə baş verib. Etnik ermənilər yolu qayalarla bağlayaraq Türkiyə TIR-larını daşa basıblar. Həyatlarına təhlükə hiss edən TIR sürücüləri Türkgözü sərhəd keçid məntəqəsindən istifadə etməyə məcbur olublar. Bu da Türkiyə Gürcüstan sərhədində 4 km uzunluğunda tıxac yaradıb.